news banner image Desktop news banner image Mobile
Press release 24 July 2020

SERBİYA RESPUBLİKASINDA YAŞAYAN HƏMVƏTƏNLƏRİMİZİN DİQQƏTİNƏ !

Əziz həmvətənlərimiz,

Bildiyiniz kimi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü dəf edildikdən və düşmənə ağır zərbələr vurulduqdan sonra dünyanın müxtəlif yerlərində radikal erməni ekstremistlərinin diplomatik missiyalarımız da daxil olmaqla həmvətənlərimizə qarşı müxtəlif kriminal yönümlü zorakı fəaliyyətləri artıb.

Soydaşlarımız ABŞ, Kanada, Belçika, Fransa, Moldova, Rusiya, Polşa və bir sıra digər ölkələrdə uğurlu aksiya və əks aksiyalar vasitəsilə öz haqlı səslərini beynəlxalq ictimaiyyətə çatdırıb və erməni yalanlarını ifşa edib. Təəssüflər olsun ki, erməni radikal dairələri ölkəmizin bir sıra Səfirlik və konsulluqları qarşısında keçirilən aksiya zamanı dinc Azərbaycanlı etirazçılara vəhşicəsinə hücum edib və bəzi həmvətənlərimizə qarşı zorakılıq olub. Nəticədə, bir neçə həmvətənlərimiz bədən xəsarətləri alıb.

Öz tərəfimizdən, hər hansı bir formada xəsarət alan və zorakılığa məruz qalan soydaşlarımıza şəfa diləyir və tezliklə sağalmalarını arzu edirik.

Biz hər bir soydaşımızın göstərdiyi vətənpərvərlik və milli birlik, habelə dünyada xalqımızın haqq səsini ucaltdığına görə dərindən minnətdarlıq bildiririk.

Erməni radikalların zorakı addımlarının və təxribatlarının sayı və dərəcəsinin artdığını nəzərə alaraq, həmvətənlərimizə bir daha ehtiyatlı və tədbirli, erməni radikalların zorakılıq meylindən agah olmağa, hər hansı bir zorakılıq, təhdid və ya təhlükə olduqda dərhal yerli polis orqanlarına və Səfirliyimizə müraciət etməyi zəruri hesab edirik. Bundan başqa, hər hansı bir aksiya və ya tədbirdə iştirak edərkən yerli hüquq-mühafizə orqanları ilə əlaqələndirmə həyata keçirməyə və təhlükəsizliyin tam şəkildə təmininə əmin olması ciddi şəkildə tövsiyə edilir.

Eyni zamanda, soydaşlarımızdan xahiş edirik ki, rastlaşdıqları zorakılıq, təqib və təhdid halları üzrə müvafiq konsulluq yardımı almaq üçün Serbiyada yaşayan həmvətənlərimiz birbaşa Belqrad şəhərində fəaliyyət göstərən Səfirliyimizə müraciət etsinlər.

Səfirliyimizin qaynar xətti budur:

Tel: +381 62 189 13 24

E-poçt: azembassyserbia@gmail.com

ƏLAQƏ

Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi

Pere Velimirovića 25, 11000 Belqrad

Tel: + 381 11 3515 101, + 381 11 3515 102

Faks: + 381 11 3515 103

email: belgrade@mission.mfa.gov.az

Share this page

All rights reserved. Contact us to use any licensed material.
Privacy Policy