news banner image Desktop news banner image Mobile
Press release 15 March 2020

Serbiya Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!

Hörmətli həmvətənlər,

Məlum olduğu kimi, yeni tip koronavirusun (COVID-19) bir çox ölkələrdə, o cümlədən Serbiyada sürətlə yayılması müşahidə edilməkdədir. Koronavirusdan effektiv şəkildə qorunmaq üçün aşağıdakı tövsiyələrə ciddi şəkildə əməl olunmasını xahiş edirik:

  • Serbiya dövlət orqanlarının yaydığı məlumat və tövsiyələrin diqqətlə izlənilməsi, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət edilməsi (Əlavə məlumatlarla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://covid19.rs/),
  • Xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadənin məhdudlaşdırılması və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinilməsi,
  • Koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomların yarandığı halda təcili tibbi müayinədən keçilməsi,
  • Bu məqsədlə Səfirlik tərəfindən müəyyən edilmiş “qaynar xətt”lə

(+381 62 189 1324) əlaqə saxlanılması.

Eyni zamanda diqqətinizə çatdırırıq ki, konsulluq sahəsində çalışan əməkdaşların, habelə qəbula gələn vətəndaşlar arasında yoluxma riskinin azaldılması məqsədilə, təcili olmayan konsulluq əməliyyatları təxirə salınır. Vətəndaşların qəbulu yalnız əvvəlcədən müəyyən edilmiş görüş vaxtlarında və tək-tək aparılacaqdır.

Hər hansı fövqəladə vəziyyətlə bağlı məlumatlandırılma və hüquqi yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının Səfirliyin Konsulluq şöbəsində konsulluq qeydiyyatına alınmaları üçün müraciət etmələri (Tel: +381 11 35 15 101,    Email: belgrade@mission.mfa.gov.az) tövsiyə olunur.          

 

Share this page

All rights reserved. Contact us to use any licensed material.
Privacy Policy