news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 iyun 2015

ATƏT-in fəaliyyətdə olan Sədri, Serbiya Respublikası Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiçin Azərbaycana səfəri

1 iyun 2015-ci ildə ATƏT-in fəaliyyətdə olan Sədri, Serbiya Respublikası Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı İ.Daçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş, Milli Məclisin Sədri Oqtay Əsədov, Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbərliyi ilə görüşmüdür. Görüşlərdə Azərbaycan-ATƏT əməkdaşlığının perspektivləri, Azərbaycan ilə Serbiya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə daha da inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesi, təmas xəttində baş verən hadisələr, problemin həllinin uzadılması, münaqişənin həllinə yanaşmada ikili standartların mövcud olması və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılmışdır. İvitsa Daçiç Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişaf etməsindən məmnunluğunu bildirmiş, ölkələrimiz arasında dostluq münasibətlərinin mövcudluğunu qeyd etmişdir. ATƏT-in fəaliyyətdə olan sədri vurğulamışdır ki, Serbiya Azərbaycanın ərazi bütövlüyünün pozulmasını yaxşı başa düşür və Serbiya üçün də ərazi bütövlüyü prinsipial məsələdir.




Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti