Serbiya Respublikasının Avrointeqrasiya məsələləri üzrə portfelsiz naziri, hakim Serb Tərəqqipərvər Partiyasının (SNS) beynəlxalq əlaqələr katibi Yadranka Yoksimoviç Azərbaycanda səfərdə olmuşdur
3-6 may 2015-ci il tarixlərində Serbiya Respublikasının Avrointeqrasiya məsələləri üzrə portfelsiz naziri, hakim Serb Tərəqqipərvər Partiyasının (SNS) beynəlxalq əlaqələr katibi Yadranka Yoksimoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı SNS-in nümayəndələri Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini, icra katibi Əli Əhmədov ilə görüşmüşlər. İkitərəfli görüşün yekununda Azərbaycanla Serbiyanın hakim partiyaları olan YAP ilə SNS arasında gələcək əməkdaşlığa dair memorandum imzalanmışdır. Səfər çərçivəsində SNS-in nümayəndələri Azərbaycan Respublikası Milli Məclisində olmuş, Milli Məclisin sədr müavini Bahar Muradova, eləcə də Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşmüş, habelə YAP-ın Gənclər Birliyinin ofisində olmuşlar.