news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 iyun 2017

Belqrad Etnoqrafiya Muzeyində Azərbaycan Xalça Muzeyinin 50 illik yubileyinə həsr olunmuş sərginin açılış mərasimi keçirilib

2017-ci il iyunun 1-də Belqrad Etnoqrafiya Muzeyində Azərbaycan Xalça Muzeyinin eksponatlarından ibarət sərginin açılış mərasimi keçirilib. Mərasimdə  Serbiya Respublikasının Mədəniyyət və İnformasiya nazirliyinin, digər dövlət qurumlarının, Serbiya ictimaiyyətinin və diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi və üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan azərbaycanlılar və KİV nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Belqrad Etnoqrafiya Muzeyinin direktoru xanım Miryana Menkoviç, Azərbaycan Xalça Muzeyinin direktoru xanım Şirin Məlikova, Azərbaycanın Serbiyadakı Mədəniyyət Mərkəzinin direktoru xanım Zərifə Əlizadə və Serbiya Respublikasının Mədəniyyət və İnformasiya nazirliyinin nümayəndəsi Azərbaycan-Serbiya mədəni əməkdaşlığından bəhs edərək, Serbiyanın Pirot kilimlərinin ötən il Bakıda, Azərbaycanın xalça muzeyinin eksponatlarının isə bu il Belqradda nümayiş etdirilməsinin bu əməkdaşlığa töhfə verdiyini, xalqlarımızın yaxınlaşmasına və mədəniyyətlərimizdə olan oxşarlıq və fərqliliklərlə tanış olmasına xidmət etdiyini bildirmişlər.

Tədbir zamanı Azərbaycanın Serbiyadakı Səfirliyinin və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə serb və azərbaycanlı musiqiçilərin ifasında Azərbaycanın xalq mahnısı “Bu gün ayın üçüdür”, Tofiq Quliyevin “Sənə də qalmaz” və “Bax gəlib ilk bahar” mahnıları və Bayatı-Şiraz muğamı səsləndirilib.

İyul ayının 1-dək davam edəcək sərginin açılış mərasimi və zəngin mədəniyyətimizin incisi olan qədim və yeni xalça nümunələrimiz serb ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti