2021-08-24

Azərbaybaycan Respublikasının Serbiya Respublikasına yeni təyin edilmiş səfiri Kamil Xasıyev Fələstinin Belqraddakı səfiri Məhəmməd Nobhan ilə görüşdü

24 avqust, 2021-ci il tarixində Azərbaybaycan Respublikasının Serbiya Respublikasına yeni təyin edilmiş səfiri Kamil Xasıyev Fələstinin Belqraddakı səfiri, Serbiyadakı diplomatik korpusun duayeni, səfir Məhəmməd Nobhan ilə görüşdü.

Fələstin səfiri  K.Xasıyevi Serbiyaya səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Görüşdə Azərbaycan və Fələstin Dövləti arasında həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edildi, eyni zamanda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Arxiv üzrə axtarış