2019-10-25

Serbiya Prezidentinin müşavirinə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim olunub

25 oktyabr 2019-cu il tarixində iki ölkə arasında əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının rəhbərliyi və XİN rəhbərliyi adından “Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı Serbiya Respublikası Prezidentinin xarici məsələlər üzrə müşaviri xanım Tanya Yoviçə təqdim olunub. Medalı Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov təqdim edib.

Səfir Serbiyanın siyasi rəhbərliyinin Azərbaycana dostluq və qardaşlıq münasibəti göstərdiyi deyib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan haqlı mövqeyini birmənalı şəkildə dəstəklədiyi üçün təşəkkürünü bildirib. O, hazırkı mərhələdə bu münasibətlərin ölkələrimizin xalqları, dövlət başçılarımızın iradəsi ilə qarşılıqlı etimad və dəstəyə əsaslandığını, strateji tərəfdaşlıq münasibətləri səviyyəsinə yüksəldiyini qeyd edib.

Tanya Yoviç bu yüksək mükafatla təltif edildiyinə görə şərəf duyduğunu deyib və Azərbaycan dövlətinə təşəkkürünü ifadə edib və bu ali mükafatın dövlətlərimiz və xalqlarımız arasında yüksək səviyyəli münasibətlərin göstəricisi olduğu bildirilib.

 

Arxiv üzrə axtarış