2018-05-29

2018-ci ilin 28 may tarixində Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Belqrad şəhərindəki “Hyatt Regency” mehmanxanasında rəsmiqəbul keçirildi.

Mərasimdə Serbiyanın Parlamentinin sədri Maya Qoykoviç, Prezidentin kabinetinin rəhbəri İviça Koyiç, Serbiya Respublikasının Baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihayloviç, Serbiya Respublikası Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri, R.Lyayiç,Əmək, məşğulluq, veteran və sosial siyasət naziri Zoran Corceviç, dövlət və hökumət rəsmiləri, parlamentin nümayəndələri, görkəmli ziyalılar, ölkə ictimaiyyətinin tanınmış simaları, diplomatik korpusun və beynəlxalq təşkilatlar və KİV təmsilçiləri, bu ölkədə yaşayan, təhsil alan və fəaliyyət göstərən soydaşlarımız iştirak etdilər.

Tədbirin əvvəlində Belqrad Uşaq Mədəniyyəti Mərkəzi xorunun canlıifasında Azərbaycanın və Serbiyanın dövlət himnləri səsləndirildi.

TədbirdəçıxışedənölkəmizinSerbiyadkısəfiriEldarHəsənov28 Mayın Azərbaycanın dövlətçilik tarixində ən parlaq və unudulmaz günlərdən biri olduğunu qeyd edərək, 100 il bundan əvvəl, 28 may 1918-ci ildə tarixi “İstiqlal bəyannamə”sinin qəbul edilməsi ilə Şərqdə, bütün müsəlman dünyasında, tarixdə qurucu ictimai-siyasi xadimlər kimi dərin bir iz buraxmışMəhəmməd Əmin Rəsulzadə,Fətəli xan Xoyski, Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli,Əli Mərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev və digərlərinin də təmsil olunduğu ilk parlament tipli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığından bəhs etdi.

Cəmi 23 ay mövcud olmasına baxmayaraq,Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributlarını yaratmağa, irqindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər hüquqlar verməyə, qadınların seçki hüququnun tanınmasına və digər demokratik dəyərləri təsbit etməyə, eyni zamanda bir çox ölkələrlə diplomatik əlaqələr qurmaqla dünya birliyində müstəqil dövlət kimi yerini tutmağa müvəffəq olduğu vurğulandı. Səfir dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində mühüm qərarlar qəbul edildiyinə, əməli addımlar atıldığına diqqət yetirərək, bu dövrdə Bakı Dövlət Universitetinin açıldığı, dövlət teatrının təsis edildiyinin mühüm əhəmiyyətini vurğuladı.

1920-ci il aprelin 28-də Bolşeviklərin XI qızıl ordusunun Azərbaycanı işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımızın 70 il yalnız xalqımızın ürəyində yaşadığını vurğulayan səfir, hələ Sovet dövründə bu bayrağın ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qaldırıldığını söylədi. Cumhuriyyətinqısa müddət mövcud olmasına baxmayaraq, dövlət quruluşunda demokratik dəyərlərin təsbit edildiyini və həyata keçirildiyini vurğulayan səfir, müasir dövlətçiliyimizin və müstəqilliyimizin bu gün möhkəm olmasında, 100 il bundan öncə əsası qoyulmuş sağlam təməlin mühüm rolunu qeyd etdi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasına dair “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”na görə bugünki müstəqil Azərbaycan dövlətinin 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi olduğu, müasir Azərbaycan Respublikasının müxtəlif mədəniyyətlərin qovuşduğu çox konfessiyalı və çoxmillətli bir ölkə olduğu vurğulandı. Səfir Azərbaycan xalqının ümummilli lideri, böyük siyasi təcrübəyə malik görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqilliyimizin bərpasının ilk illərində ölkədə o zamanlar hökm sürən ağır vəziyyəti düzgün qiymətləndirərək dövlətçiliyimizi təhlükələrdən xilas etdiyini, Azərbaycan cəmiyyətini və xalqını səfərbər edərək, unitar, hüquqi, demokratik, dünyəvi və müstəqil Azərbaycan dövlətinin inkişafına və möhkəmləndirilməsinə nail olduğunu bildirdi. O, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi strategiyanın bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu gün respublikamızın dinc və sabit, davamlı inkşaf edən, islahatlar həyata keçirən bir ölkə olduğunu söylədi.  Səfir ölkəmizin əldə etdiyi iqtisadi uğurlar və əlverişli coğrafi mövqeyinin ona iri enerji və regional nəqliyyat-infrastruktur layihələrinin təşəbbüskarı və iştirakçısı olmaq imkanı verdiyini vurğulayaraq, bu günlərdə istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələri, Şimal-Cənub və Şərq Qərb nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələrinin, yalnız layihələrdə iştirak edəcək ölkələrin deyil, eləcə də Avropanın, Asiyanınregionlarının inkişafına müsbət töhvə verəcəyini söylədi. Azərbaycanın bu gün beynəlxalq aləmdə özünəməxsus milli etnik, ictimai-siyasi mühiti baxımından seçildiyi, ölkəmizin dünyada mədəniyyətlər və dinlərarası dialoq və harmoniyaya ən bariz nümunə olduğu qeyd edildi. Azərbaycanda bu istiqamətdə ardıcıl olaraq keçirilən beynəlxalq səviyyəli mədəniyyət tədbirləri, aparılan müzakirələr, çıxarılan nəticələrin qlobal və regional miqyasda yeni inkişafa təkan verəcək ideyaların daha da genişlənməsinə böyük töhfə olduğunu söyləyənnatiq, Azərbaycanın - XXI əsrin mühüm çağırışlarından olan multikulturalizmin dünyadakı əsas mərkəzlərindən biri olduğunu vurğuladı. O, multikulturalizm və tolerantlığın tariximizə söykənən mövcudluğunun Azərbaycanın müasir dövrdəki hərtərəfli və sürətli inkişafına təkan verdiyini, gələcək inkişaf yolunda böyük rol oynadığını qeyd etdi. Ölkəmiz qarşısında həllini tapmalı olan ən əsas və ağrılı problem tarixi Azərbaycan torpaqlarının – Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğal olunmasına diqqət yetirən səfir,XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan xalqı və dövlətinin öz tarixi torpaqlarını işğalçıdan azad etməyə səfərbər olduğuna, Cümhuriyyətin 100 illiyini qeyd edən güclü Azərbaycan dövlətinin, 1918-1920-ci illərdə nümayiş olunmuş qəhrəmanlıq ənənəsinə sadiq qalaraq öz ərazi bütövlüyünü bərqərar edəcəyinə əminliyini ifadə etdi. Səfir müasir Azərbaycannın bütün dünya ölkələri ilə qarşılıqlı hörmətə, etimada söykənən mehriban və dostluq münasibətləri qurmağa böyük önəm verdiyini, son illərdə Azərbaycan və Serbiya arasında təşəkkül tapmış hərtərəfli əlaqələrin buna bariz bir nümunə olduğunu söylədi. O,Azərbaycan-Serbiya münasibətlərini dinamik şəkildə, yüksələn xətlə inkişaf edərək, qısa müddət ərzində, yeni müstəviyə – strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayaraq, Azərbaycan-Serbiya əlaqələrinin bu yüksək səviyyəyə çatmasındaiki dövlət başçısının müstəsna rolunu qeyd etdi. Bu günlərdə Serbiya Respublikasının Prezidenti cənab Aleksandar Vuçiçin böyük heyətlə Azərbaycan Respublikasına səfər etdiyinə diqqət yetirən səfir, səfər zamanı imzalanmış müxtəlif sahələri əhatə edən iki tərəfli sənədlərin, aparılan müzakirələrin ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinə böyük töhvə verəcəyinə əmin olduğunu söylədi. Qəbul zamanı Azərbaycan Xalq Cümhuriyyətinin tarixini əks etdirən fotosərgi də nümayiş etdirildi. Həmçinin Azərbaycan mədəniyyətini, tarixi abidələrini, milli mətbəxini, Bakı şəhərinin və regionların bugünkü mənzərələrini əks etdirən videogörüntülər təqdim edildi. Daha sonra Azərbaycandan gəlmiş musiqiçilər – muğənnilər Arzu Verdiyeva, Bəturə Hüseynova, rəqqasə Səbinə İsmayılova, instrumental ifaçılar Əliyev Sənan, Yusifov Anar, Məlikov Azərvə Serbiya Simfonik orkestrinin solisti Yasmina Trumbetaş konsert proqramı ilə çıxış etdilər. Tədbirin rəsmi hissəsindən sonra ziyafət verildi. Tədbir KİV-də geniş işıqlandırıldı.

 

Arxiv üzrə axtarış