2018-02-23

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar 2018-ci ilin 23 fevral tarixində Serbiyanın geniş oxucu kütləsinə malik Balkanin.com saytında “Azərbaycan Xocalı faciəsinin qurbanlarını xatırlayır” başlıqlı məqalə yerləşdirilmişdir.

Məqalədə Ermənistanın ölkəmizə, xalqımıza qarşı yürütdüyü işğalçı, təcavüzkar və etnik təmizləmə siyasəti, vətəndaşlarımıza qarşı törədilmiş vəhşiliklər, Xocalı faciəsinin törədilmə səbəbləri, qurbanları barədə geniş məlumat verilmiş, eləcə də dünya birliyinin bu soyqırımına və tarixi torpaqlarımızın işğalına laqeyd münasibəti qeyd edilmişdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və ümumtanınmış sərhədlərinin toxunulmazlığının əks olunduğu dörd qətnaməyə baxmayaraq, Ermənistanın ərazilərimizi hələ də işğal altında saxlamasından bəhs edilmiş, habelə Xocalı soyqırımının dünyanın nüfuzlu KİV-lərində işıqlandırıldığı, ”Human Rights Watch” təşkilatı tərəfindən sənədləşdirildiyi, lakin dünya liderlərinin və mötəbər beynəlxalq təşkilatların buna layiqincə qiymət vermədiyi vurğulanmışdır.

Məqalənin orijinalını aşağıdakı linkdən əldə etmək mümkündür:

http://balkanin.com/index.php/drustvo/item/1117-azerbejdzan-se-seca-zrtava-genocida-u-hodzaliju.html

Arxiv üzrə axtarış