2018-01-25

2018-ci ilin 25 yanvar tarixində Belqradda akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşlarının iştirakı ilə press-klubun növbəti toplantısı keçirilmişdir.

Tədbirdə Avstraliya, Avstriya, Argentina, Albaniya, Braziliya, Danimarka, Misir, Mərakeş. Malayziya, Pakistan, Fələstin, Livan, Rumıniya, Xorvatiya, Slovakiya, Sloveniya, Macarıstan və Ukraynanın Serbiyadakı Səfirliklərinin diplomatları iştirak etmişlər. Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi də sözügedən tədbirdə təmsil olunmuşdur.
Toplantıda Serbiyanın sabiq prezidenti Baris Tadiçin xarici siyasət məsələləri üzrə keçmiş müşaviri, hazırda bu ölkənin aparıcı müxalifət partiyası olan Sosial Demokrat Partiyasının idarə şurasının, Almaniyanın Aqora Strateji İnstitutunun üzvü Yovan Ratkoviç çıxış etmiş, habelə diplomatik nümayəndəliklərin təmsilçilərini maraqlandıran suallar ətrafında fikir mübadiləsi də aparılmışdır.

Arxiv üzrə axtarış