2017-05-23

Belqradda Yaz festivalı - xeyriyyə yarmarkası keçirilmişdir

Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi 2017-ci il mayın 21-də Belqrad şəhərində Beynəlxalq Qadınlar Klubu QHT tərəfindən təşkil edilmiş xeyriyyə yarmarkasında iştirak etmişdir. Səfirliyimiz tərəfindən yarmarka iştirakçılarına Azərbaycan ədiblərinin və alimlərinin serb dilinə tərcümə edilərək nəşr edilmiş kitabları, Azərbaycan suvenirləri və çayları, eləcə də milli mətbəximizə aid şirniyyatlar – şəkərbura, paxlava, kətə və s. təqdim edilmişdir. Xeyriyyə yarmarkasında toplanan vəsait “Bilik gücdür” layihəsi çərçivəsində Serbiyanın kənd ərazilərinə hədsiz yoxsulluq şəraitində yaşayan uşaqların təhsil ehtiyaclarının ödənilməsinə xərclənəcəkdir. 

Arxiv üzrə axtarış