Konsulluq məsələləri

Ümumvətəndaş, diplomatik, xidməti və rəsmi pasportlara malik Azərbaycan vətəndaşları Serbiyaya vizasız səyahət edə bilər və 90 günədək Serbiyada qala bilərlər.

“Serbiyanın Əcnəbilər haqqında Qanunu”nun 11-ci maddəsinə uyğun olaraq, sözügedən ölkənin hökumətinin 25 may 2018-ci il tarixli qərarı ilə Serbiya Respublikası bu ölkəyə səfər etmək istəyən ümumvətəndaş pasportlarına malik AR  vətəndaşları üçün 02 iyun 2018-ci il tarixindən etibarən viza tələbini birtərəfli qaydada ləğv etmişdir (gediş-gəliş rejimi 180 gün ərzində 3 ay qalma müddəti şərti ilə).

Serbiya ərazisinə daxil olarkən gömrük qaydaları, o cümlədən fərdi şəxslər üçün idxal etmək məhdudiyyətləri ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.

http://www.upravacarina.rs/en/Passengers/Pages/Passengers.aspx

Serbiya ərazisinə heyvanların gətirilməsi üçün onların müvafiq orqanlar tərəfindən verilmiş şəhadətnamələri və müvafiq peyvəndlərin və veterinar yoxlamaların keçirildiyini sübut edən sənədləri olmalıdır.

Konsulluq sahəsində əsas saziş və müqavilələr:

  1. AR Hökuməti və SR Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında Saziş; Bakı, 13 may 2010.
  2. AR Ədliyyə Nazirliyi ilə SR Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum; Bakı 21.05.2018
  3. “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş” layihəsi. Belqrad, 11 oktyabr 2021.
  4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Serbiya Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq məsələləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” Belqrad, 11 oktyabr 2021.

Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyinin Konsulluq şöbəsi Serbiya, Belqrad, Pere Velimiroviça küç, 25 ünvanında yerləşir.

Konsulluq şöbəsinin iş vaxtı: Bazar ertəsi-Cümə günü saat 10:00-dan 13:00-dək.

03.03.2022-ci il tarixində yenilənmişdir.

 

 

Arxiv üzrə axtarış