news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 may 2024

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə Serbiyada tədbir təşkil edilib

Azərbaycan Serbiyadakı səfirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Belqradda tədbir keçirib.

Tədbirdə səfirliyin əməkdaşları, Belqradda fəaliyyət göstərən Azərbaycan-Serbiya dostluq cəmiyyətinin və “AzVirt” şirkətinin nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə Belqrad şəhərindəki “Taşmaydan” parkında Ümummilli Liderin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib, abidənin önünə əklil qoyub, gül dəstələri düzüblər.

Ötən il Belqradda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 100 çinar ağacı əkilmiş “Dostluq parkı”, həmçinin Ümummilli Liderin Azərbaycanın Serbiyadakı səfirliyinin həyətindəki büstü də ziyarət olunub.

Tədbirdə çıxış edən səfir Kamil Xasiyev görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı, fəaliyyəti, Azərbaycanın müstəqilliyinin xilasında, möhkəmləndirilməsində, sabitliyin bərqərar olunmasında xidmətlərindən və dövlət quruculuğu istiqamətində islahatların əsasını qoymasından bəhs edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti