news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 mart 2018

Serbiyanın sabiq Prezidenti “Danas” qəzetinə müsahibəsində Azərbaycanın uğurlarını qeyd edib

Serbiya Respublikasının sabiq Prezidenti, Rusiya və Çin ilə əməkdaşlığın əlaqələndirilməsi üzrə Milli Şuranın rəhbəri Tomislav Nikoliç Serbiyanın geniş oxucu auditoriyasına malik “Danas” qəzetinə müsahibəsində rəhbərlik etdiyi qurumun fəaliyyəti, ölkəsinin “Bir kəmər, bir yol” layihəsində iştirakı, İpək Yolu üzərindəki ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlığından bəhs edib.

Tomislav Nikoliç beynəlxalq təşkilatlar çərçivəsində Serbiyanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının dəstəklənməsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyinin yüksək dəyərləndirildiyini bildirib. Sabiq Prezident Azərbaycanın son illərdə qazandığı uğurları qeyd edib. O, 2013-cü ildə ölkəmizə rəsmi səfəri zamanı Azərbaycanla Serbiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzaladığını diqqətə çatdırıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti