news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 may 2015

Serbiyanın ATƏT-ə sədrliyi üzrə işçi qrupun rəhbəri səfir Dejan Şahoviç Azərbaycanda səfərdə olmuşdur

6 may 2015-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Serbiyanın ATƏT-ə sədrliyi üzrə işçi qrupun rəhbəri səfir Dejan Şahoviç ilə görüşmüşdür. Görüşdə ATƏT-in gündəliyində duran aktual məsələlər ətrafında müzakirələr aparılmışdır. Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Serbiya arasında siyasi, iqtisadi və humanitar əlaqələrin uğurla inkişaf etdiyini bildirərək, beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkənin sıx təmaslarının olduğunu diqqətə çatdırmışdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar haqqında məlumat verən Nazir güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulamışdır. Bundan əlavə Nazir E.Məmmədyarov münaqişənin həlli üçün, ilk növbədə, Ermənistanın işğalçı silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və işğal faktına son qoyulmalı olduğunu qeyd etmişdir.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti