news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 may 2023

Serbiyada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar mayın 10-da Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən Belqradda tədbir keçirilib.

Tədbirdə səfirliyin əməkdaşları, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və “AzVirt” şirkətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Belqrad şəhərindəki “Taşmaydan” parkına gələrək, Ümummilli Liderin burada ucaldılmış abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla yad edib, abidə önünə əklil qoyub, gül dəstələri düzüblər.

Daha sonra tədbir iştirakçıları həmin parkda ucaldılmış görkəmli serb yazıçısı Milorad Paviçin heykəlini və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirəsinə ucaldılmış “Biz sadəcə uşaqlar idik” abidəsini ziyarət edib, hər iki abidənin önünə gül dəstələri qoyublar.

Tədbirdə çıxış edən ölkəmizin Serbiyadakı səfiri Kamil Xasiyev görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı, fəaliyyəti, Azərbaycanın müstəqilliyinin xilasında, möhkəmləndirilməsində, ölkəmizdə sabitliyin bərqərar olunmasındakı xidmətlərindən və dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların əsasını qoymasından bəhs edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti