news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 noyabr 2023

Serbiya Prezidenti Azərbaycan şirkətinin layihələndirdiyi yolun təməlqoyma mərasimində iştirak edib

Serbiyada Azərbaycanın “AzVirt” şirkəti tərəfindən Şabac şəhəri yaxınlığında 15,4 kilometr uzunluğundakı “Slepçeviç-Badovinçi” sürətli avtomobil yolunun tikintisinə başlanılıb.

Avtomagistralın təməlqoyma mərasimində Serbiya Prezidenti Aleksandar Vuçiç, dövlət rəsmiləri, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev və “AzVirt” şirkətinin Belqraddakı nümayəndələri iştirak ediblər. Layihə çərçivəsində dörd yolayrıcı, beş körpü və dörd yerüstü kəsişmənin inşası planlaşdırılır.

Aleksandar Vuçiç bu yolun strateji əhəmiyyətinə toxunaraq deyib ki, indi insanlar Serbiya-Bosniya və Herseqovina istiqamətində daha sürətli hərəkət edə biləcəklər və Biyelina ilə Belqrad şəhərləri arasında əlaqə imkanları genişlənəcək. Serbiyanın Prezidenti gələcək planların Brçko və Banya Luka, daha sonra isə Tuzla və Sarayevo şəhərləri istiqamətində rahatlıqla gedə bilmək olduğunu bildirib.

Qeyd edək ki, sözügedən layihə hazırda tikilməkdə olan Şabatsdan Loznitsaya qədər olan yüksəksürətli yolun davamıdır və onun gələn ilin sonuna qədər istifadəyə verilməsi gözlənilir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti