news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 iyun 2015

Serbiyanın Novi Beçey şəhərində Serbiya-Azərbaycan dostluq konserti keçirilmişdir

27 iyun 2015-ci il tarixində “Serbiya Avropa ritmində” qeyri-hökumət təşkilatı ilə Serbiyanın Novi Beçey şəhər bələdiyyəsi arasında bağlanmış müqavilə əsasında Novi Beçey şəhər məktəblilərinin iştirakı ilə bu şəhərdə Serbiya-Azərbaycan dostluq konserti keçirilmişdir. Konsertin açılışında Novi Beçeyli məktəblilər Azərbaycanın və Serbiyanın himnlərini oxumuşlar. Novi Beçey şəhər rəhbərliyinin dəvəti əsasında Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin əməkdaşı, eləcə də Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının təmsilçiləri qeyd olunan konsertdə iştirak etmişlər.

Novi Beçey şəhərinə səfər çərçivəsində Azərbaycan nümayəndələri ilə qeyd olunan şəhərin rəhbərliyi arasında Novi Beçey Meriyasında görüş keçirilmişdir. Görüşdə son illər Azərbaycanla Serbiya arasında münasibətlərin sürətlə inkişaf etdiyi və strateji tərəfdaşlıq səviyyəsinə qalxdığı məmnunluqla ifadə edilərək, iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin bu münasibətlərin möhkəmlənməsinə güclü təkan verdiyi qeyd edilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti