news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 oktyabr 2015

Səfir E.Həsənov Belqrad şəhərinin faşizm işğalından azad olunmasının 71-ci ildönümü ilə əlaqədar mərasimdə iştirak etmişdir

20 oktyabr 2015-ci il tarixində Serbiya tərəfinin dəvətinə əsasən Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfiri Eldar Həsənov və səfirliyin digər əməkdaşları Belqrad şəhərinin faşizm işğalından azad olunmasının 71-ci ildönümü ilə əlaqədar bu şəhər uğrunda gedən döyüşlərdə həlak olmuş Sovet ordusunun və Yuqoslaviya əsgərlərinin qardaşlıq məzarlığındakı əklilqoyma mərasimində iştirak etmişlər. Mərasim zamanı Azərbaycanın, Belarusun, Rusiyanın, Serbiyanın və Ukraynanın dövlət himnləri səsləndirilmişdir. Mərasimdə Serbiyanın hökumət üzvləri, deputatlar, müharibə veteranları, görkəmli ictimai-siyasi xadimlər, eləcə də burada akkreditə olunmuş diplomatik korpusun nümayənədələri iştirak etmişlər.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti