Prezident İlham Əliyev “Ukraynadan əlavə: Avropada həll olunmamış münaqişələr” adlı Münhen Təhlükəsizlik Konfransının iclasında iştirak edib
Münhen Təhlükəsizlik Konfransı “Ukraynadan əlavə: Avropada həll olunmamış münaqişələr” adlı sessiya keçirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdəiştirak etdilər.
Sloveniyanın Prezidenti Borut Pahorun başçılıq etdiyi sessiyada dövlət başçısı çıxış etdi və suallara cavab verdi.
Tədbirdə Serbiyanın Baş naziri Aleksandar Vuçiç, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vəXorvatiyanın baş nazirinin müavini, xarici və Avropa işləri naziri Vesna Pusiç də iştirak etdilər.