news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 noyabr 2016

Azərbaycan və Serbiya arasında Kredit Sazişinə uyğun olaraq Serbiyada tikilmiş avtomobil magistralının Ljig-Preljina hissəsinin açılışı

Azərbaycan və Serbiya hökumətləri arasında 2012-ci ildə imzalanmış Kredit Sazişinə uyğun olaraq Serbiyada tikilmiş avtomobil magistralının Ljig-Preljina hissəsinin noyabrin 7-də açılışı olmuşdur. Tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir.
Layihənin reallaşdırılması üçün Azərbaycan hökuməti tərəfindən Serbiyaya 300 mln. avro kredit ayrılıb. Ümumi uzunluğu 40,3 km olan yol 66 körpü və 4 tuneldən ibarətdir. Layihənin baş podratçısı Azərbaycanın "AzVirt" şirkətidir.
Yolun girişində Azərbaycan-Serbiya dostluğunu və iqtisadi əməkdaşlığını əks etdirən "Dostluq olan yerdə uzaq ölkə yoxdur. Bu yol xalqlarımızı birləşdirən yoldur. Serbiya-Azərbaycan dostluğu sarsılmazdır" lövhəsi yerləşdirilmişdir.
Açılış mərasimində çıxış edən nazir Şahin Mustafayev Azərbaycan-Serbiya əlaqələrinin strateji əməkdaşlığa, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını qeyd edərək, ticarət və iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarının olduğunu bildirmişdir. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti