news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 fevral 2015

“Əməkdar nailiyyətlər 2014” mükafatı Azərbaycanın Serbiyadakı Səfirliyinə təqdim edilib

Beynəlxalq Əlaqələr və Davamlı İnkişaf Mərkəzi CIRSD Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinə “Əməkdar nailiyyətlər 2014” mükafatını təqdim etdi.

11 fevral 2015-ci il tarixində keçirilən təqdimat mərasimində CIRSD təşkilatının prezidenti cənab Vuk Yeremiç bildirmişdir ki, həmin mükafat Azərbaycan Səfirliyinə Serbiya-Azərbaycan əlaqələrinin inkişafında xüsusi roluna görə verilir. O, xüsusi ilə vurğuladı ki, iki ölkə arasında olan əməkdaşlıq əsl strateji tərəfdaşlığın nümunəsidir. Cənab V.Yeremiç bəyan etmişdir ki, Serbiya-Azərbaycan münasibətləri Balkanlarla Cənubi Qafqaz arasında olan əməkdaşlığa öz müsbət təsirini göstərir.

Mərasimdə çıxış edən Azərbaycanın Serbiyadakı Səfiri cənab Eldar Həsənov mükafata görə minnətdarlığını bildirdi və səfirliyin əməkdaşlarının əməyini xüsusi qeyd etdi. Səfir Azərbaycan hökumətinin Azərbaycan-Serbiya münasibətlərinə böyük əhəmiyyət verdiyini bildirdi. E.Həsənov iki ölkə arasında davamlı əməkdaşlığın daha da möhkəmlənəcəyinə əmin olduğunu ifadə etdi.
Mükafatlandırma mərasimdə diplomatik korpusun, Serbiya dövlət qurumlarının, araşdırma mərkəzlərinin, Serbiya cəmiyyətinin təmsilçiləri, ziyalılar və media nümayəndələri iştirak etdilər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti