news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 oktyabr 2018

Belqrad Dövlət Universitetinin filologiya fakültəsində MELİSSA – İpək Yolu Üzərində Kitabxanalar adlı beynəlxalq elmi konfrans keçirilmişdir

1 oktyabr 2018-ci il tarixində Belqrad Dövlət Universitetinin filologiya fakültəsində MELİSSA – İpək Yolu Üzərində Kitabxanalar (MELİSSA – LİBRARİES ALONG THE SİLK ROAD) adlı beynəlxalq elmi konfrans keçirilmişdir. Sözügedən konfransın açılış mərasimi Azərbaycan Dillər Universitetinin təşəbbüsü və Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin dəstəyi ilə Serbiyanın Belqrad Universitetinin filologiya fakültəsində yaradılmış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində baş tutmuşdur. Azərbaycan Dillər Universitetinin də təşkilatçılarından biri olduğu olan konfransda İran, Bolqarıstan, Bosniya və Herseqovina, Serbiya, ABŞ, Çernoqoriya, İtaliya, Azərbaycan və digər ölkələrdən bir çox alim və elm adamı iştirak etmişdir.
Konfransın açılışında akademik M.Vuksanoviç, universitet kitabxanasının direktoru professor A.Yerkov, Belqrad şəhər kitabxanasının direktoru Y.Ninkov və filologiya fakültəsinin dekanı L.Markoviç çıxış etmişlər. Konfransda xüsusi qonaq qismində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın video-link vasitəsilə yayımlanmış çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. K.Abdulla konfransın nəinki iqtisadi sahədə, həmçinin mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi baxımından vacibliyini vurğulamış və gələcəkdə bu konfransın İpək Yolu üzərində yerləşən digər dövlətlər və universitetlərdə keçirilməsi arzusunda olduğunu bildirmişdir.
Konfrans çərçivəsində "Dövlətlərin mədəniyyət siyasəti və kitab mədəniyyəti", "Rəqəmsal humanizm kontekstində transkulturalizm", "Yeni semantik qətnamə üçün cəmiyyət, kommunikasiya və inkişaf", "Kitabxana transkulturalizmin güzgüsü", "İpək Yolu mədəniyyətində Azərbaycan və Serbiyanın perspektivləri" və digər mövzularda müzakirələr aparılmışdır.
Konfransın açılış mərasimində, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, eyni zamanda Novi Sad Universitetinin professoru Zərifə Əlizadə, mərkəzin əməkdaşı Samirə Ağayeva və Azərbaycanın Serbiyadakı Səfirliyinin əməkdaşları iştirak etmişlər.

01

04

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti