news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 dekabr 2016

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Serbiyanın paytaxtı Belqrad şəhərində anım mərasimi keçirilmişdir

12 dekabr 2016-cı il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Serbiyanın paytaxtı Belqrad şəhərində anım mərasimi keçirilmişdir.

Mərasimdə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin əməkdaşları ilə yanaşı Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin, Serbiya Müsəlman İcmasının və Serbiyada fəaliyyət göstərən “AzVirt” şirkətinin təmsilçiləri, eləcə də burada işləyən və təhsil alan azərbaycanlılar iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə “Taşmaydan” parkına gələrək, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş və ulu öndərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin müşaviri Cavanşir Məcidov tədbirdə çıxış edərək ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı və fəaliyyəti, onun Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən bəhs etmiş, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə göstərdikləri dərin hörmət və ehtirama görə qonaqlara minnətdarlığını bildirmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti