Azərbaycan səfiri “Serbiya Bayrağı” ordeni ilə təltif edilib
Serbiya Prezidenti Tomislav Nikoliçin 2015-ci il 10 oktyabr tarixli Sərəncamına əsasən Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənov ölkələrimiz arasında sülhsevər əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf və möhkəmlənməsindəki xidmətlərinə görə yüksək dövlət mükafatı – “Serbiya Bayrağı” ordeni ilə təltif olunub.
Bu təltif Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasətdə Balkan ölkələri, o cümlədən Serbiyaya göstərilən dost münasibətə verilən dəyərin göstəricisidir.