news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 dekabr 2015

Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov ATƏT Nazirlər Şurasının 22-ci iclasında (3-4 dekabr, 2015-ci il) iştirak məqsədilə Serbiya Respublikasına işgüzar səfər etmişdir

Səfər çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri E.Məmmədyarov Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer, Fransa Respublikasının Avropa Məsələləri üzrə dövlət naziri Harlem Desir, Malta Respublikasının xarici işlər naziri George Vella,  İspaniya Krallığının xarici işlər üzrə dövlət katibi İqnasio İbanez,  ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosunun direktoru Maykl LinkAvropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşlər keçirmişdir.

Həmçinin, xarici işlər naziri cənab E.Məmmədyarov ATƏT Nazirlər Şurasının 22-ci toplantısı çərçivəsində 3 dekabr 2015-ci il tarixində keçirilmiş Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM-a üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşündə iştirak etmişdir.

Xarici işlər naziri cənab E.Məmmədyarovun ATƏT Nazirlər Şurasının 22-ci toplantısında etdiyi çıxışın mətni aşağıdakı linkdədir:http://mfa.gov.az/news/909/3676

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti