Mətbuat şərhi 20 iyun 2024

Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq əlaqələri müzakirə olunub

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Milan Moysiloviçin dəvəti ilə bu ölkəyə rəsmi səfəri baş tutub.

Səfər çərçivəsində general-polkovnik Kərim Vəliyev Serbiyanın mədəniyyət naziri, Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Nikola Selakoviçlə görüşüb.

Görüş zamanı iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq əlaqələrindən, dinamik inkişaf edən ikitərəfli münasibətlərdən bəhs edilib, səfər proqramının yekunu və gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev də iştirak edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti