news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 avqust 2021

Azərbaybaycan Respublikasının Serbiya Respublikasına yeni təyin edilmiş səfiri Kamil Xasıyev Türkiyənin Belqraddakı səfiri Hami Aksoy ilə görüşdü

24 avqust, 2021-ci il tarixində Azərbaybaycan Respublikasının Serbiya Respublikasına yeni təyin edilmiş səfiri Kamil Xasıyev Türkiyənin Belqraddakı səfiri Hami Aksoy ilə görüşdü.

Türkiyə səfiri K.Xasıyevi Serbiyaya səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı, həmçinin Balkan regionunun perspektivləri haqqında fikir mübadiləsi aparıldı.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti