Ticarət və İqtisadi əməkdaşlıq

İqtisadi sahədə:

Ticarət və iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Serbiya Hökumətlərarası Komissiya 2011-ci il iyunun 7-dən fəaliyyət göstərir. Komissiyanın indiyədək keçirilən 7 iclası çərçivəsində biznes forumlar da təşkil olunub. İkitərəfli ticarətin daha da artırılması üçün bir neçə fəaliyyət planı həyata keçirilir. Onlardan biri 2021-ci ilin oktyabrında imzalanan viza rejiminin ikitərəfli qaydada ləğv edilməsinə dair imzalanmış müqavilədir. Turizmin inkişafı ilə yanaşı, bu addım fiziki və hüquqi şəxslərin birbaşa ünsiyyət və işgüzar səfərlərinə yol açaraq ikitərəfli münasibətlərin inkişafına təkan verəcək.

2010-cu ildə Belqradda Serbiya - Azərbaycan Ticarət Palatası təsis olunub.

2013-cü ilin mart ayından etibarən, Azərbaycan şirkəti "AzVirt" Serbiyada yol infrastrukturu layihələrinin tikintisi ilə məşğuldur. 11-ci Koridor magistral yolunun Lyiqk-Prelyina hissəsinin, bir neçə körpünün və aşırımların tikintisi artıq başa çatıb. Şirkət Serbiyada yeni layihələrin icrasını davam etdirir. 

İqtisadi sahədə imzalanmış əsas saziş və müqavilələr:

1. Azərbaycan Respublikasının Hökuməti ilə Serbiya Respublikasının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş. Bakı, 13 may 2010-ci il.

2. Azərbaycan Respublikasının Hökuməti ilə Serbiya Respublikasının Hökuməti arasında gəlir və əmlaka vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya. Bakı, 13 may 2010-ci il.

3. Azərbaycan Respublikasının Hökuməti ilə Serbiya Respublikasının Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş. Belqrad, 8 iyun 2011.

4. Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Serbiya Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu. Belqrad, 23 noyabr 2022.

5. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Serbiya Respublikasının İnkişaf Agentliyi arasında Anlaşma Memorandumu. Belqrad, 23 noyabr 2022.

6. "SOCAR" və "Srbijagas" arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu. Bakı, 15 noyabr 2023.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti