2017-03-16

Novruz Bayramı Serbiyada qeyd olunub

Azərbaycanın Serbiyadakı Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyinin dəstəyi ilə xalqımızın qədim və sevimli bayramı olan Novruz Bayramı  qeyd olunub. Tədbirdə Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri və Serbiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycanın milli geyimlərində olan uşaqlar Novruz haqqında şerlər və mahnılar  ifa edib, Azərbaycan milli rəqslərini nümayiş etdiriblər. Azərbaycan icmasının üzvləri və Serbiyalı qonaqlar  bayramı  səməni, rəngbərəng yumurtalar və Azərbaycan mətbəxinin ləziz şirniyyatları olan şəkərbura, paxlava, qoğal  və s. ilə bəzədilmiş süfrə ətrafında qeyd ediblər. 

Arxiv üzrə axtarış