2016-12-23

“Multikulturalizm: Azərbaycanın təcrübəsi” mövzusunda konfrans və “Azərbaycanın tanınmış qadınları/serb xalqının tanınmış qadınları” adlı kitabın təqdimat mərasimi

2016-cı il dekabrın 23-də Serbiyanın paytaxtı Belqrad şəhərində yerləşən və Cənub-Şərqi Avropanın ən qədim elmi-tədqiqat ocaqlarından olan Beynəlxalq Siyasət və İqtisadiyyat İnstitutunda Azərbaycanın Serbiyadakı Səfirliyinin dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Multikulturalizm: Azərbaycanın təcrübəsi” mövzusunda konfrans və professor Zərifə Əlizadə və filologiya üzrə fəlsəfə doktoru Lalə Məcidovanın müəllifi olduqları “Azərbaycanın tanınmış qadınları/serb xalqının tanınmış qadınları” adlı kitabın təqdimatı keçirilib. Kitab Azərbaycan və serb dillərində nəşr olunub.

Tədbirdə Serbiyanın ictimai, siyasi, elm və mədəniyyət xadimləri, ziyalılar, o cümlədən Serbiya Elm və İncəsənət Akademiyasının və Serbiya Yazıçılar İttifaqının üzvləri, Belqraddakı diplomatik korpusun nümayəndələri, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan icmasının üzvləri, burada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycansevərlər və mətbuat nümayəndələri iştirak ediblər.

Arxiv üzrə axtarış