2016-12-05

Serbiya Respublikası Baş nazirinin müavini, daxili işlər naziri Neboyşa Stefanoviçin Azərbaycana rəsmi səfəri

Serbiya Respublikası Baş nazirinin müavini, daxili işlər naziri Neboyşa Stefanoviçin başçılıq etdiyi nümayəndə heyəti 2016-cı il 4-6 dekabr tarixlərində Azərbaycanda səfərdə olmuşdur. Nümayəndə heyəti dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişdir. Dövlət başçısı səfərini ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın müzakirəsi və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi üçün səmərəli olacağına əminliyini bildirmiş, Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulamışdır.

Səfər zamanı N.Stefanoviç  Milli Məclisin Sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşlər keçirmişdir. 

Arxiv üzrə axtarış