2016-10-08

Serbiyanın Studio B televiziya kanalı V Bakı Beynəlxalq Humanitar Forumu barədə

2016-cı il oktyabrın 8-də Serbiyanın Studio B televiziya kanalının səhər proqramında kanalın Televiziya bölməsinin baş redaktoru, V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı İrena Yovanoviç RTS 1 televiziya kanalının Xarici siyasət şöbəsinin redaktor müavini, V Bakı Beynəlxalq Humanitar Forumunun digər iştirakçısı Neboyşa Kotlayiç  ilə birlikdə Forumdan bəhs etmişlər. Forumdakı çıxışlarında Serbiya və bütünlükdə Avropa üçün aktual olan miqrasiya probleminə toxunduqlarını bildirən Forum iştirakçıları, tədbirin yüksək səviyyədə təşkil edildiyini və bir sıra tanınmış siyasətçi və jurnalislətlərlə görüşdüklərini vurğulamışlar. Onlar Bakının gözəlliyi,  qədim və müasir tikililərin ahəngi, azərbaycanlıların qonaqpərvərliyi, Bakıda xaricilərin rahat şəkildə istirahət edə bilmələri, təhlükəsizliyin yüksək səviyyədə olması, tolerantlıq mühiti, Serbiya-Azərbaycan münasibətləri barədə xoş sözlər söyləmişlər.

https://www.youtube.com/watch?v=MhHKIAq4Eq8

Arxiv üzrə axtarış