2016-10-11

Serbiyanın RTS 1televiziya kanalı V Bakı Beynəlxalq Humanitar Forumu barədə

2016-cı il oktyabrın 7-də Serbiyanın RTS 1televiziya kanalının səhər verilişində Xarici siyasət şöbəsinin redaktor müavini, V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Neboyşa Kotlayiç  Forum haqqında izləyicilərə məlumat vermişdir. O, Forumda dünyanın bir çox ölkələrindən  olan siyasətçilər, elm adamları və jurnalistlərin bir araya gələrək müxtəlif qlobal humanitar problemləri müzakirə etdiklərini bildimişdir. Öz çıxışının miqrasiya probleminə həsr olunduğunu qeyd edən Kotlyayiç, Bakının gözəlliyi, qədim və müasir binaların ahəngi, Serbiya-Azərbaycan münasibətləri, ölkəmizin Serbiyada həyata keçirdiyi humanitar və iqtisadi fəaliyyət barədə xoş sözlər söyləmiş, 1918-1920-ci illərdə müstəqil olmuş Azərbaycanın bu il öz müstəqilliyinin bərpasının 25 illiyini qeyd etdiyini bildirmişdir.

Arxiv üzrə axtarış