2016-07-27

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr mərkəzinin sədri, şair Səlim Babullaoğlu Serbiyanın ARTE beynəlxalq ədəbiyyat mükafatına layiq görülmüşdür

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr mərkəzinin sədri, şair Səlim Babullaoğlu 2016-cı il 20-26 iyul tarixlərində Serbiyada keçirilən doqquzuncu beynəlxalq  incəsənət festivalında iştirak etmişdir. Festival çərçivəsində S.Babullaoğluna 2016-cı il üzrə ARTE beynəlxalq ədəbiyyat mükafatı verilmişdir. Bu mükafat uzun illər ədəbi yaradıcılıqla məşğul olmuş, eyni zamanda ədəbi qurumlar, müxtəlif ölkələrdəki ədəbiyyatçılar, tərcüməçilər, tənqidçilər arasında əlaqələrin yaradılmasında xidmətləri olan insanlara verilir. 

Arxiv üzrə axtarış