2016-06-19

2016-cə il iyunun 19-da Serbiyanın Çupriya şəhərində “Serbiya Avropa ritmində” layihəsinin çərçivəsində final konserti keçirilmişdir.

Avropa İttifaqının üzvü, eləcə də Serbiyanın dostu olan digər ölkələrin (ümumilikdə 20 ölkə) səfirlikləri ilə əməkdaşlığın qurulduğu Serbiya şəhərlərinin məktəblilərinin müsabiqəsində Azərbaycanı Varvarin şəhərinin məktəbliləri təmsil etmişlər. Onlar Polad Bülbüloğulunun repertuarından “Şən Azərbaycan” mahnısını uğurla ifa etmiş, onların çıxışı böyük maraqla qarşılanmışdır. Tədbirdə Azərbaycanın Serbiyadakı Səfirliyinin əməkdaşları və Belqrad şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri iştirak etmişlər.  

Arxiv üzrə axtarış