2016-01-20

Qanlı Yanvar faciəsi Azərbaycanın Serbiyadakı Səfirliyində anılıb

20 yanvar 2016-cı ildə Azərbaycanın Serbiyadakı səfirliyində qanlı Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

Tədbirdə Serbiya ictimaiyyətinin nümayəndələri, elcə də bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

20 Yanvar qırğınını əks etdirən fotoguşə ilətanışolan tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

1990-cı il yanvarın 20-də Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi təcavüzdən söhbət açan ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənov azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Vətən övladlarının və dinc əhalinin vəhşicəsinə gülləbaran edilməsindən danışıb. Faciə zamanı onlarla insanın qətlə yetirildiyini və yüzlərlə insanın isə yaralandığını deyən E.Həsənov ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvar 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini vurğulayıb. Qeyd edib ki, həmin hadisələrə müstəqil Azərbaycan dövləti tərəfindən məhz Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verilib. Səfir faciə zamanı milli azadlıq yolunda şəhid olmuş qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağına əminliyini bildirib.

 

Arxiv üzrə axtarış