2015-03-04

Belqrad şəhərində “Bakı-2015” ilk Avropa Oyunlarına 100 gün qalması münasibətilə tədbir keçirilmişdir

4 mart 2015-ci il tarixində Belqrad şəhərində “Bakı-2015” ilk Avropa Oyunlarına 100 gün qalması münasibətilə tədbir keçirilmişdir. Şəhərin mərkəzi meydanlarından biri olan “Teraziye”də quraşdırılmış “Bakı-2015” ilk Avropa Oyunlarının başlayacağı vaxtı göstərən gerisayım saatının önündə keçirilmiş tədbirdə bu ölkədən olan idmançılar, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin əməkdaşları iştirak etmişlər. Tədbirə qatılan “İvo Andriç” ibtidai məktəbinin şagirdləri ilk Avropa Oyunlarına 100 gün qalmasını rəmzi şəkildə nümayiş etdirmək üçün meydanda 100 rəqəmi formasında düzülmüş, bununla onlar Olimpiya hərəkatının önəmini və bəşəri dəyər olmasını göstərməyə çalışmışlar.

Arxiv üzrə axtarış