2015-04-21

“Bahar bayramları” birinci uşaq festivalında Azərbaycan guşəsi maraqla qarşılanıb

21 aprel 2015-ci il tarixində Belqrad şəhərində fəaliyyət göstərən “Sava Center” və “Guitar Art Festival Center”in təşkilatçılığı ilə “Sava Center” konqres mərkəzində “Bahar bayramları” adlı birinci uşaq festivalı keçirilmişdir. Tədbirə ilin bahar fəslində müxtəlif bayramları, o cümlədən Novruz, Pasxa, Nian (Çində qeyd olunan), Passover (yəhudilərin qeyd etdiyi), Holi (hinduların qeyd etdiyi), Hanami (yaponların qeyd etdiyi) və s. qeyd edən ölkələrin Serbiyada akkreditə olunmuş səfirlikləri və onların burada fəaliyyət göstərən mədəniyyət mərkəzləri də cəlb edilmişlər. Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin əməkdaşlarının ailə üzvlərinin təşkil etdiyi Azərbaycan guşəsində xalqımızın ən qədim bayramlarından biri olan Novruz bayramı, səməni də daxil olmaqla onun atrebutları, eləcə də ölkəmizin tarixi və mədəniyyəti haqqında festivalda iştirak edən uşaqlara ətraflı məlumat verilmiş, onlara milli şirniyyatlarımız təqdim edilmiş, səfirliyimizin əməkdaşlarının uşaqlarının ifasında Azərbaycan rəqsləri nümayiş etdirilmiş və Azərbaycan mahnıları səsləndirilmişdir.

Arxiv üzrə axtarış