2015-05-19

Serbiya Respublikasının mədəniyyət və informasiya naziri İvan TasovatsBakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmişdir

18-19 may 2015-ci ildə Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Serbiya Respublikasının mədəniyyət və informasiya naziri İvan Tasovats iştirak etmişdir. Forumda çıxış edən İ.Tasovats mədəniyyətin bütün cəmiyyətlərin güzgüsü olduğunu qeyd edərək:“Mədəniyyət keçmişlə indinin arasına bir əlaqədir. Bütün cəmiyyətlər yalnız mədəniyyətlərarası dialoq vasitəsilə ünsiyyət yaradır, dostluq münasibətləri qurur. Bu baxımdan Bakıda keçirilən bu tədbiri çox yüksək dəyərləndirirəm” demişdir.

Arxiv üzrə axtarış