2015-06-10

Səfir Eldar Həsənov Serbiya Respublikasının Baş naziri Aleksandar Vuçiç ilə görüşüb

10 iyun 2015-ci ildə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfiri Eldar Həsənov Serbiya Respublikasının Baş naziri Aleksandar Vuçiç ilə görüşüb.

Söhbət zamanı ölkələrimiz arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsinə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, xüsusilə iqtisadi əlaqələr, birgə həyata keçirilən infrastruktur layihələri, rəsmilərimizin qarşılıqlı səfərləri Azərbaycan ilə Serbiya arasında münasibətlərin daha da genişlənməsinə təkan verir.

Görüşdə A.Vuçiç Prezident İlham Əliyevin Serbiyaya göstərdiyi diqqət və dəstəyi yüksək qiymətləndirib.

Arxiv üzrə axtarış