Türkiyə Respublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşların pasportlarının zəruri etibarlığı barədə

13 avqust 2020-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş”qüvvəyə minmişdir. Sazişə əsasən, Türkiyə Repsublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşlarının pasportunun etibarlıq müddəti ən azı 6 (altı) ay olmalıdır. Bu baxımdan, Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları pasportlarının  etibarlıq müddətinə diqqət yetirməlidirlər; əgər bu müddət 6 aydan azdırsa, onlar etibarlıq müddəti 6 aydan çox olan yeni pasport əldə edərək Türkiyəyə səfər etməlidirlər.

Arxiv üzrə axtarış