2018-12-28
28 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin təşəbbüsü ilə Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə tədbir keçirib.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi və Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin əməkdaşları, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Parlamentin Serbiya Azərbaycan Dostluq Qrupunun üzvləri, Serbiyada fəaliyyət göstərən, ölkəmizin “AzVirt” şirkətinin rəhbərliyi, səfirliyin əməkdaşları və onların ailə üzvləri, eləcə də burada çalışan, təhsil alan azərbaycanlılar iştirak ediblər.          

Əvvəlcə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına ünvanlanmış müraciəti oxunub.

Sonra səfir Eldar Həsənov 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş geniş məruzə ilə çıxış etmişdir. O, konkret tarixi faktlara əsaslanaraq, bu günün təsis olunmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xüsusi rolunu qeyd etmiş və bildirmişdir ki, Azərbaycan xalqının həmrəyliyinə və milli birliyinə yönəlmiş siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Zərifə Əlizadə, direktor müavini Samirə Ağayeva, “AzVirt” şirkətinin əməkdaşı Qalib Həsənov və Belqrad Universitetində təhsil alan azərbaycanlı tələbə Məmməd Əlizadə həmrəylik gününün tariximizdəki rolunu və əhəmiyyətini xüsusi vurğulayaraq Azərbaycan dövlətinin qayğı və dəstəyini daim hiss etdiklərini bildirdilər.

Tədbirin sonunda iştirakçılar və qonaqlar üçün milli şirniyyat süfrəsi açılıb.

 

photo1

photo 2

back news prev news