2016-09-16
Dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü Serbiyada qeyd edilmişdir

16 sentyabr 2016-cı il tarixində Azərbaycanın dünya şöhrətli bəstəkarı, milli himnimizin müəllifi Üzeyir Hacıbəylinin anadan olmasının növbəti ildönümü ərəfəsində Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin əməkdaşları, Belqrad şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və Serbiyada yaşayan həmvətənlərimiz Azərbaycan Hökumətinin dəstəyi ilə Serbiyanın ikinci böyük şəhəri, mədəniyyət və incəsənət paytaxtı olan Novi Sad şəhərində, Dunay çayının sahilində inşa edilmiş Üzeyir Hacıbəyli Memorialını ziyarət etmiş, dahi bəstəkarın xatirəsini ehtiramla yad edərək, burada ucaldılmış abidəsi önünə çiçəklər qoymuşlar. 

 

növbəti xəbər əvvəlki xəbər