2015-04-16
Serbiya Respublikasının Baş naziri Aleksandar Vuçiç Azərbaycanda rəsmi səfərdə olmuşdur
13-16 aprel 2015-ci il tarixlərində Serbiya Respublikasının Baş naziri Aleksandar Vuçiç Azərbaycanda rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində Baş nazir A.Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş, Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov, iqtisadiyyat və sənaye naziri, Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, “AzVirt” şirkətinin direktoru Kamil Əliyev ilə görüşmüş, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən Azərbaycan-Serbiya işgüzar görüşündə iştirak etmiş, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını, görkəmli serb alimi Nikola Teslanın Bakıda ucaldılmış abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzi, İçərişəhər və Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur. Səfər zamanı Baş nazir A.Vuçiçi Serbiya Respublikasının mədən sənayesi və enerji naziri Aleksandr Antiç müşayiət etmişdir.
növbəti xəbər əvvəlki xəbər