Səfir

Azərbaycan Respublikasının Serbiya Respublikasındakı, Monteneqrodakı və Bosniya və Herseqovinadakı Fövqəladə və Səlahiyyətli Səfiri, professor, doktor Eldar Hümbət oğlu Həsənovun tərcümeyi-halı

 

Azərbaycan Respublikasının Kəlbəcər rayonunda anadan olub;

 

Təhsili:

1972-1977- ci illərdə           Azərbaycan Dövlət Politexnik İnstitutunda təhsil alıb;

1978-1983-cü illərdə          SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas

ixtisası üzrə bitirib;

 

İş fəaliyyəti:

 

1977-1992-ci illərdə            Daxili İşlər Nazirliyi, inspektor, baş inspektor, Bakı şəhəri

cinayət axtarışı idarəsinin rəisi, Gəncə şəhəri Polis İdarəsinin rəisi olmuşdur;

 

1992-1993-cü illərdə          Azərbaycanda İnterpolun Milli Bürosunun rəhbəri olmuşdur;

1993-cü ildə                          Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini olmuşdur;

 

1993-1995-ci illərdə            Azərbaycan Respublikası Baş prokurorun birinci müavini

olmuşdur;

 

1995-2000-ci illərdə            Azərbaycan Respublikasının Baş prokuroru olmuşdur;

 

May 2000-ci ildə                   Azərbaycan Pedaqoji Universitetində dosent olmuşdur;

 

sentyabr 2000-ci ildən - 2001-ci ilin mart ayınadək Alkoqolizm və digər asılıqlar üzrə Beynəlxalq Şuranın (İCAA) BMT proqramının MDB və Türkiyə üzrə əlaqələndiricisi olmuşdur;

28 mart 2001-ci ildən – 28 mart 2013-cü ilədək Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri (2009-cu ildən Azərbaycan Respublikasının qərargahı Buxarest şəhərində olmaqla Serbiya Respublikasındakı, 2010-cu ildən Monteneqrodakı, 2011-ci ildən Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur;

2013-cü il martın 28-dən etibarən qərargahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqro və Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri;

  • Beynəlxalq Hüquqşünaslar İttifaqının Sədr müavini (Moskva, Rusiya) ;
  • Demokratiya və İnsan Hüquqları üzrə Avropa Hüquqşünaslar Assosiasiyasının üzvü (Düsseldorf, Almaniya);
  • Alkoqolizm və digər asılıqlar üzrə Beynəlxalq Şuranın (İCAA) üzvü və İCAA-nın Şərqi; Avropa və Mərkəzi Asiya üzrə regional bürosunun direktoru (Buxarest, Rumıniya) ;
  • Rumıniyanın narkotiklərlə mübarizə üzrə Assosiasiyasının fəxri üzvü (Buxarest, Rumıniya);
  • Davamlı sülh və inkişaf naminə Beynəlxalq Fondun Baş katibi (Sofiya,Bolqarıstan);

Elmi fəaliyyəti:

Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda 25 kitab, dərslik və dərs vəsaitinin, eləcə də 170-dən çox elmi və publisistik əsərin müəllifidir;

  • Professor, hüquq elmləri doktoru;
  • Rumıniyanın Ovidius, Babeş-Bolyay və Andrey Şaquna Universitetlərinin fəxri doktoru;
  • Serbiya Kral Akademiyasının üzvü;

 

Rütbələri:

Ədliyyə general-leytenantı;

Fövqəladə və Səlahiyyətli Səfir;

 

Təltifləri:

Azərbaycanın (“İgidliyə görə” medalı, “Qanunun və ictimai asayişin təmin edilməsində xidmətlərinə görə” medalı, “Azərbaycan bayrağı” ordeni);

Rumıniyanın (“Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni) ;

Serbiyanın (“II dərəcəli Serbiya bayrağı”) dövlət mükafatları və medalları ilə təltif olunmuşdur;

Ailəlidir, 3 övladı var;

Bildiyi xarici dillər:

Rus, türk, ingilis, rumın və serb.