Viza almaq üçün tələb olunan sənədlər

Diplomatik, xidməti və rəsmi pasportlara malik Serbiya vətəndaşları Azərbaycana vizasız səyahət edə bilər və 90 günədək ölkəmizdə qala bilərlər.

(Vizasız gediş-gəlişin nəzərdə tutulduğu ölkələrin siyahısı)

Azərbaycana səyahət üçün viza Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyinin Konsulluq şöbəsindən alınır (Serbiya, Belqrad, Pere Velimiroviça küç,25).

Konsulluq şöbəsinin iş vaxtı: Bazar ertəsi-Cümə günü saat 10:00-dan 13:00-dək.

Viza üçün lazım olan bütün sənədlər viza almaq istəyən şəxs tərəfindən təqdim edilməlidir. Viza almaq üçün müxtəlif səbəblərdən müraciət edə bilməyən şəxs etibarnamə verdiyi başqa bir şəxs vasitəsilə sənədlərini təqdim edə bilər. Viza zəruri olan bütün sənədlərin təqdim edildiyi gündən başlayaraq 5-10 iş günü müddətində verilir.

 

Vizanın növü

Qalma müddəti

Serbiya vətəndaşları üçün dövlət rüsumunun məbləği

Birdəfəlik giriş viza

90 günədək

20 ABŞ dolları

Çoxdəfəlik giriş vizası

180 günədək

350 ABŞ dolları

Bir girişli tranzit vizası

5 günədək

20 ABŞ dolları

İki girişli tranzit vizası

5 günədək

40 ABŞ dolları

 

Qeyd: Səfirliyin Konsulluq şöbəsinin bank hesabına (Reiffesen Bankın Belqrad, Voyvode Stepe 199 ünvanında yerləşən bölməsi) köçürülmüş viza rüsumunun vizanın verilib-verilməməsindən asılı olmayaraq geri qaytarılması mümkün deyil.

Ödəniş formasını yüklə

Digər ölkələrin vətəndaşları üçün dövlət rüsumu

 

 

Səfərin məqsədindən asılı olaraq maksimum qalma müddəti

 

Səfərin məqsədi

Qalma müddəti

rəsmi

180 gün

işgüzar

180 gün

təhsil

90 gün

əmək

90 gün

tibbi

90 gün

humanitar

90 gün

Şəxsi

90 gün

Mədəni

60 gün

idman

60 gün

turizm

30 gün

 

Viza almaq üçün Səfirliyə aşağıdakı sənədlər təqdim edilməlidir:

İşgüzar, əmək, mədəni, idman, təhsil və humanitar məqsədli səfərlər

  • Pasportun əsli və onun əsas səhifələrinin surəti (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) ;
  • Müvafiq qaydada doldurulumuş ərizə-anket http://eapplication.mfa.gov.az/visa/#/ 
  • biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil

(3x4sm);

  • nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti (vəsatət formasını yüklə);
  • dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət təşkilatları üçün);
  • Dəvət edən tərəfin dəvətin səbəbini göstərən imzalanmış və möhürlənmiş dəvət məktubu;
  •  tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);
  • viza verilməsi ucun dövlət rüsumunun ödənilməsi barədə sənəd

Rəsmi səfərlər

  • əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilatın rəsmi notası və ya Azərbaycan Respublikasının müvafiq qurumlarının vəsatəti;
  • Pasportun əsli və onun əsas səhifələrinin surəti (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) ;
  • Müvafiq qaydada doldurulumuş ərizə-anket http://eapplication.mfa.gov.az/visa/#/ ;
  • biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil

(3x4sm);

  • tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə)

Şəxsi səfərlər

  • Şəxsi səfər vizası Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq ucun icazəsi olan əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin (yalnız həmin əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ailə üzvləri üçün) müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəsmiləşdirilmiş dəvətnaməsi;
  • dəvət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
  • Pasportun əsli və onun əsas səhifələrinin surəti (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) ;
  • Müvafiq qaydada doldurulumuş ərizə-anket http://eapplication.mfa.gov.az/visa/#/ ;
  • biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil

(3x4sm);

  • tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə)
  • viza verilməsi ucun dövlət rüsumunun ödənilməsi barədə sənəd

 

Turizm məqsədli səfərlər

 

  • turizm vauceri və ya turizm yollayışı, yaxud sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd (otelin imzalanmış və möhürlənmiş məktubu);
  • Pasportun əsli və onun əsas səhifələrinin surəti (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) ;
  • Müvafiq qaydada doldurulumuş ərizə-anket (http://eapplication.mfa.gov.az/visa/#/ )
  • biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil

(3x4sm);

  • tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə)
  • viza verilməsi ucun dövlət rüsumunun ödənilməsi barədə sənəd

 

Elektron turizm vizası

http://eapplication.mfa.gov.az/visa/#/    tuitorial for online application