Konsulluq məsələləri

Ümumvətəndaş, diplomatik, xidməti və rəsmi pasportlara malik Azərbaycan vətəndaşları Serbiyaya vizasız səyahət edə bilər və 90 günədək Serbiyada qala bilərlər.

 “Serbiyanın Əcnəbilər haqqında Qanunu”nun 11-ci maddəsinə uyğun olaraq sözügedən ölkənin hökumətinin 25 may 2018-ci il tarixli qərarı ilə Serbiya Respublikası bu ölkəyə səfər etmək istəyən ümumvətəndaş pasportlarına malik AR  vətəndaşları üçün 02 iyun 2018-ci il tarixindən etibarən viza tələbini birtərəfli qaydada ləğv etmişdir (gediş-gəliş rejimi 180 gün ərzində 3 ay qalma müddəti şərti ilə).

Serbiya ərazisinə daxil olarkən gömrük qaydaları, cümlədən fərdi şəxslər üçün idxal etmək məhdudiyyətləri ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.

http://www.upravacarina.rs/en/Passengers/Pages/Passengers.aspx

 

Serbiya ərazisinə heyvanların gətirilməsi üçün onların müvafiq orqanlar tərəfindən verilmiş şəhadətnamələri və müvafiq peyvəndlərin və veterinar yoxlamaların keçirildiyini sübut edən sənədləri olmalıdır.

 

Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyinin Konsulluq şöbəsi Serbiya, Belqrad, Pere Velimiroviça küç,25 ünvanında yerləşir.

Konsulluq şöbəsinin iş vaxtı: Bazar ertəsi-Cümə günü saat 10:00-dan 13:00-dək.

07.01.2019 tarixində yenilənmişdir.